28 iyun 2026 15:31
104

Vuçiç: Serbiya Ordusunda çağırış əsasında hərbi xidmət 2027-ci ilin martından bərpa ediləcək

Serbiya Silahlı Qüvvələrində çağırış əsasında hərbi xidmət 2027-ci ilin mart ayından etibarən bərpa olunacaq.

“İki sahil” xəbər verir ki, bu barədə respublikanın Prezidenti Aleksandar Vuçiç bildirib.

"Ordumuz getdikcə daha güclü olur və çağırış üzrə hərbi xidmət başlayanda biz daha da güclü olacağıq. Martdan etibarən bizdə qısa müddətli hərbi xidmət olacaq", - dövlət başçısı Serbiya Ordusunun silahlanmasına baxış zamanı qeyd edib.

Xatırladaq ki, daha əvvəl Vuçiç çağırış üzrə hərbi xidmət müddətinin 75 gün olacağını bildirib.