Səudiyyə Ərəbistanının Ras Tanura şəhərində "Saudi Aramco" şirkətinə məxsus helikopterin qəzaya uğraması nəticəsində azı 14 nəfər həlak olub.
“İki sahil” xəbər verir ki, bu barədə "Saudi Press Agency" (SPA) agentliyi yerli hakimiyyət orqanlarına istinadən xəbər verib.
Qəzanın səbəbi məlum deyil, istintaq aparılır.
Əş-Şərqiyyə əyalətində yerləşən Ras Tanurada "Saudi Aramco" tərəfindən idarə olunan Yaxın Şərqin ən böyük neft emalı zavodu yerləşir.