28 iyun 2026 18:18
103

ABŞ-da meşənin söndürülməsi zamanı üç yanğınsöndürən həlak olub

ABŞ-ın Yuta və Kolorado ştatlarının sərhədində meşənin söndürülməsi zamanı üç yanğınsöndürən həlak olub, daha ikisi yaralanıb.

“İki sahil” "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Vəhşi Təbiəti Yanğından Mühafizə Xidməti (U.S. Wildland Fire Service) məlumat yayıb.

Məlumata görə, şənbə günü Koloradonun qubernatoru Cared Polis (Jared Schutz Polis) meşə yanğınları ilə əlaqədar ştatda fövqəladə vəziyyət elan edərək Milli Qvardiyanı yanğınla mübarizəyə cəlb edib. Onun administrasiyasının açıqlamasına görə, yanğının sahəsi təxminən 28 000 akr (11 min hektar) təşkil edib və onu hələ də lokallaşdırmaq mümkün olmayıb.

Xidmətdən bildirilib ki, yanğın şənbə günü səhər Yuta ştatının şərqindəki Qrand dairəsində başlayıb, sonra Koloradoya keçib və burada Mesa dairəsindəki daha kiçik "Cons" və "Noulz" meşə yanğınları ilə birləşib.

Mesa dairəsinin bir sıra yaşayış məntəqələrində sakinlərin təxliyəsinə başlanılıb.