Türkiyənin Kilis vilayətinin Musabəyli rayonunda iki qrup arasında yol vermə üstündə yaranan mübahisə bıçaqlı davaya çevrilib.
“İki sahil” xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Məlumata görə, mübahisə zamanı bir nəfər həyatını itirib, daha 12 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə yerinə jandarma və təcili tibbi yardım briqadaları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.