29 iyun 2026 01:23
97

ABŞ və İran bir-birinə hücum etməyi dayandırmaq barədə razılığa gəliblər

ABŞ və İran qarşılıqlı hücumların dayandırılması barədə razılığa gəliblər.

“İki sahil” xəbər verir ki, bu barədə “Axios” portalı ABŞ-nin yüksəkvəzifəli rəsmisinə istinadla məlumat yayıb.

Məlumata görə, tərəflər iyunun 29-da Qətərin paytaxtı Dohada Hörmüz boğazı ilə bağlı mübahisələrin həlli istiqamətində danışıqlar aparmağı planlaşdırırlar.