29 iyun 2026 12:07
97

Avropa İttifaqına üzvlük üçün konstitusiyanı dəyişməli olacağıq - Ukrayna Ali Radasının sədri

Ukrayna gələcək Avropa İttifaqı (Aİ) üzvlüyünü və milli qanunvericiliyin Avropa normalarına uyğunlaşdırılması zərurətini nəzərə alaraq, ölkə konstitusiyasının bir sıra müddəalarına yenidən baxmalıdır.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının (parlamentinin) sədri Ruslan Stefançuk məlumat verib.

"Ukrinform" agentliyinin Stefançukdan sitat gətirdiyi bəyanatda deyilir: "Avropa İttifaqına doğru addımlayarkən anlamalıyıq ki, müəyyən sayda səlahiyyətlərimizi onun mərkəzi orqanlarına ötürəcəyik. Ona görə də bu status mütləq Ukrayna Konstitusiyasında öz əksini tapmalıdır."

Ali Radanın sədrinin sözlərinə görə, inteqrasiya prosesi çərçivəsində Ukrayna həmçinin milli təhlükəsizlik və müdafiə sistemi, Silahlı Qüvvələrin dövlətdəki rolu, eləcə də vətəndaşların hüquq və azadlıqlarının təminatı ilə bağlı bir çox fundamental məsələləri yenidən nəzərdən keçirmək məcburiyyətində qalacaq.