29 iyun 2026 17:42
110

Uitkoff və Kuşner Dohada İranla danışıqlar aparacaq

ABŞ Prezidenti Donald Trampın elçiləri Stiv Uitkoff və Cared Kuşner Dohada İranla danışıqlar üçün gözlənilən görüşdə iştirak edəcəklər.

“İki sahil” "The Times of Israel"ə istinadla xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt "Fox News"a müsahibəsində bildirib.

O qeyd edib ki, xüsusi elçi Uitkoff və Cared Kuşner bu həftə yüksək səviyyəli görüşlərdə iştirak etmək üçün Dohaya yola düşəcəklər.

"Biz orada qarşılıqlı anlaşma memorandumunun müzakirəsini davam etdirəcəyik. Bu yüksək səviyyəli danışıqlar çərçivəsində texniki danışıqlar da baş tutacaq", - o vurğulayıb.