Milli Məclis Azərbaycanın "Metrik Konvensiya"ya qoşulmasını ratifikasiya edib.
“İki sahil” xəbər verir ki, Konvensiyanın təsdiqi haqqında qanun layihəsi Milli Məclisin növbədənkənar sessiyasının bugünkü iclasında müzakirə olunub.
Deputatların müzakirəsindən sonra "Metrik Konvensiya"ya qoşulmaq haqqında qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
Qeyd edək ki, Metrik Konvensiya (Metr Konvensiyası) - ölçü vahidlərinin beynəlxalq vəhdətini təmin edən, qlobal standartlaşdırmanın əsasını qoyan tarixi beynəlxalq müqavilədir və 1875-ci il mayın 20-də Parisdə 17 ölkə tərəfindən imzalanıb.
Vüqar Rəhimzadə: Qubadlının azad edilməsi Zəfər tariximizin şanlı səhifələrindəndir
Elçin Əmirbəyov Avropa İttifaqının bir sıra yüksək vəzifəli rəsmiləri ilə görüşlər keçirib - FOTO