Ortaq strateji baxışa əsaslanan Azərbaycan və ABŞ-ın birgə təşəbbüslərinin həyata keçirilməsi – regionda sülhün və uzunmüddətli rifah təmin edilməsi – qarşılıqlı faydalı və uzunmüddətli əməkdaşlıq üçün möhkəm zəmin yaradıb.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov ABŞ-nin Müstəqillik Gününün 250 illiyi münasibətilə keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, rəsmi Bakı əmindir ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə ABŞ Prezidenti Donald Tramp arasında qarşılıqlı etimada əsaslanan dialoq ikitərəfli əməkdaşlığın davamlı inkişafını təmin edəcək.
"Bu, iqtisadi və investisiya əməkdaşlığının daha da genişlənməsinə, eləcə də qarşılıqlı maraq doğuran bütün istiqamətlərdə birgə fəaliyyətin dərinləşməsinə töhfə verəcək", - S. Şərifov qeyd edib.
Baş nazir müavini həmçinin vurğulayıb ki, ABŞ 250 illik dövlətçilik tarixi ərzində dünya siyasətinin, iqtisadiyyatının və beynəlxalq münasibətlər sisteminin formalaşmasında və inkişafında müstəsna rol oynayaraq aparıcı dünya dövlətləri arasında layiqli yer tutub.
Şərifov: Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycan və ABŞ münasibətlərində yeni mərhələ açıb
Emi Karlon: Vaşinqton və Bakının səyləri Cənubi Qafqazın qlobal iqtisadiyyata inteqrasiyasına yönəlib
Fon der Lyayen İlham Əliyevə: Siz sülhün bərqərar edilməsi üçün öz şəxsi liderliyinizi göstərdiniz