01 iyul 2026 22:47
118

Beyləqanda piyada avtomobil vurması nəticəsində xəsarət alıb

Beyləqan rayonunda yol-nəqliyyat hadisəsi səbəbilə 1973-cü il təvəllüdlü şəxs (kişi) 01.07.2026-cı il tarixində saat 18:00 radələrində Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Ona sol aşıq baldır oynağının qapalı yerdəyişən sınığı diaqnozu təyin edilib.

Pasiyentə zəruri tibbi yardım göstərilib və ixtisaslı tibbi yardımın göstərilməsi üçün Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna təxliyə olunub.

Trend