02 iyul 2026 21:35
116

Ursula Fon der Lyayen Azərbaycan və Ermənistana səfəri ilə bağlı videoçarx paylaşıb

Avropa Komissiyasının (AK) Prezidenti Ursula Fon der Lyayen öz sosial media hesabında Azərbaycan və Ermənistana səfəri ilə bağlı videoçarx paylaşıb.

“İki sahil” xəbər verir ki, paylaşımda yazılıb:

"Sülh... ölkələr və insanlar arasında körpülər qurmaqla.

Həm fiziki, həm də məcazi mənada!

Mən Cənubi Qafqaz üçün 200 milyon avroluq "Bağlantılar vasitəsilə sülh" Proqramını elan etdim.

Məqsəd sülhün, əlaqəliliyin və rifahın hökm sürdüyü regionun formalaşdırılmasıdır".