DOST TV-nin “Sosial saat” verilişinin növbəti buraxılışının qonağı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Stasionar və yarımstasionar sosial xidmətlərin təşkili departamentinin müdiri Məftunə İsmayılovadır
“İki sahil” xəbər verir ki, 6 iyul saat 11:30-da canlı yayımlanacaq verilişdə Agentliyin sosial xidmət müəssisələrində göstərilən xidmətlər, çətin həyat şəraitində olan şəxslərin həmin müəssisələrdə əhatə olunduğu sosial xidmətlər barədə məlumatlar veriləcək.
Veriliş boyu izləyicilərin dövlət sosial xidmət müəssisəsinə yerləşdirilmə, həmin müəssisələrə müraciət və qəbul qaydaları ilə bağlı sualları cavablandırılacaq.
Kanala keçid linki:
https://www.youtube.com/@dostmediatv