Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Şamaxinka adlanan ərazidə avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
“İki sahil” xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlər tərəfindən “Chevrolet” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb. Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları yanıb. Xəsarət alan olmayıb. Ətraf ərazilər yanğından mühafizə olunub.