08 iyul 2026 12:09
77

FHN: Həkəri çayında batdığı ehtimal olunan şəxsin axtarışları davam etdirilir

İyulun 4-də Həkəri çayının Zəngilan rayonunun Ağalı kəndindən keçən hissəsində batdığı ehtimal olunan 1962-ci il təvəllüdlü Nuşirəvan Mehdi oğlu Həsənovun axtarışları davam etdirilir.

“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, axtarışlar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən vətəndaşın batdığı ehtimal olunan istiqamətlər üzrə fasiləsiz olaraq həyata keçirilir.

Əlavə məlumat veriləcək.