İyun ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 13 694 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.
“İki sahil” xəbər verir ki, statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 8 196 zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə 2 063 müraciət daxil olub.
BŞTİ-yə 3 099 sənəd (vətəndaşlar tərəfindən 523 ərizə, Elm və Təhsil Nazirliyindən 576, digər qurumlardan 341, tabelikdə olan təhsil müəssisələrindən 672 məktub və 987 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 336 elektron müraciətə baxılıb.
Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəqədər təhsil müəssisələrinə və I sinfə qəbul, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul və digər məsələləri əhatə edir.
Fast food-ların tez-tez istehlakı bəzi funksional həzm pozğunluqları ilə bağlı şikayətlərin yaranmasına səbəb ola bilər - MÜSAHİBƏ
Mərkəzləşdirilmiş imtahanla şagird qəbul edən lisey və gimnaziyalara müraciət prosesi başlayıb