“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, “TABİA Group” və “Lankaran Springs Wellness Resort” Hotelin tərəfdaşlığı ilə həyata keçirilən 5-ci “YAŞAT” düşərgəsinin üçüncü həftəsi başlayıb.
“İki sahil” xəbər verir ki, 10–13 yaşlı 53 şəhid övladının iştirak etdiyi həftə çərçivəsində təşkil olunan ustad dərsində müxtəlif bacarıqlar əldə edilib. Azərbaycan Güləş Federasiyasının dəstəyi ilə baş tutan növbəti ustad dərsində Avropa və dünya mükafatçısı Taleh Məmmədovla görüşən uşaqlar onun həyat və idman təcrübəsi ilə tanış olublar.
Hər il həyata keçirilən layihədə bu il ümumilikdə 400-ə yaxın şəhid övladının iştirakı nəzərdə tutulur.