YAP Ağdaş rayon təşkilatının Korarx kənd ərazi partiya təşkilatında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Ulu öndər Heydər Əliyevin ilk hakimiyyəti dövründə həyata keçirilən şəhərsalma və sənayeləşdirmə siyasəti” mövzusunda tədbir keçirilib. Tədbirdə Şəkili, Qolqəti, Pirkəkə və Korarx kəndlərindən olan partiya fəalları iştirak ediblər.
“İki sahil” xəbər verir ki, tədbiri giriş sözü ilə Ağdaş rayon İcra Hakimiyyəti başçısının Korarx kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Anar Xəlilov açaraq Ulu Öndər Heydər Əliyevin 14 iyul 1969-cu il tarixdə ilk dəfə hakimiyyətə gəlişindən sonra ölkədə həyata keçirilmiş misilsiz işlərdən bəhs edib.
YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov çıxışında Ulu öndər Heydər Əliyevin ilk hakimiyyəti dövründə həyata keçirilən şəhərsalma və sənayeləşdirmə siyasətinə geniş nəzər salıb. Əlişah Rəcəbov bildirib ki, Ulu öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbərliyə gəlişi ölkənin iqtisadi və sosial simasını kökündən dəyişən möhtəşəm sənayeləşdirmə və şəhərsalma sıçrayışının əsasını qoymuşdur. 1969–1982-ci illəri əhatə edən ilk hakimiyyət dövrü, əslində, Azərbaycanın gələcək dövlət müstəqilliyinin iqtisadi təməllərinin qurulduğu milli intibah mərhələsidir.
Partiya fəallarından Ülviyyə Kərimova, Aysel Cəfərova və Nurlan Həmidov çıxışlarında qeyd ediblər ki, Azərbaycanın inkişafı Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsinin nəticəsidir ki, artıq Qarabağ və Şərqi Zəngəzurda geniş bərpa-quruculuq işləri həyata keçirilir. Ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş Azərbaycan dövlətinin davamlı inkişafı təmin edilir.
Hər 20 dəqiqədən bir 20 saniyə 6 metr uzağa baxmaq göz yorğunluğunu azaldır - Həkim-oftalmoloq
Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Maliyyə Kəşfiyyatı Orqanlarının beynəlxalq forumu işə başlayıb