10 iyul 2026 19:28
147

AQTA sədri Qoşqar Təhməzli Qəbələ Konserv Zavodunun fəaliyyəti ilə tanış olub

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Qəbələ rayonunda fəaliyyət göstərən Qəbələ Konserv Zavodunda olub. 
“İki sahil” xəbər verir ki, Agentlik sədri istehsal sahələrinə baxış keçirib, xammalın qəbulu, emalı, istehsalat laboratoriyası, qablaşdırılması və saxlanılması mərhələləri ilə yaxından tanış olub, xammalın və hazır məhsulların keyfiyyət və təhlükəsizlik göstəricilərinin yoxlanılması prosesini izləyib.
AQTA sədri ölkədə qida sənayesinin inkişafı, yerli istehsalın təşviqi və istehlakçıların təhlükəsiz qida məhsulları ilə təmin olunması baxımından emal müəssisələrinin fəaliyyətinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.