Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasında işgüzar səfərdədir.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, səfər çərçivəsində müdafiə naziri Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin Müştərək Hərb İnstitutunda "Müştərək qərargahın idarəedilməsi", həmçinin Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri institutlarında keçirilən "Qərargahın idarəedilməsi" kurslarının buraxılış mərasimində iştirak edib.
Tədbirdə çıxış edən Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan məzunları təbrik edib, gələcək xidmətlərində uğurlar arzulayıb.
General-polkovnik Zakir Həsənov kursları müvəffəqiyyətlə bitirən azərbaycanlı məzunlara diplomları təqdim edib.
Rəmzi yaş kötüyünə emblemlər vurulduqdan sonra məzunlara sertifikatlar təqdim edilib.
Sonda xatirə fotosu çəkdirilib.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub