13 iyul 2026 08:22
77

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

“İki sahil” Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edir:

1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

4. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

5. Azadlıq prospekti, Salatın Əsgərova küçəsi ilə kəsişmədən Dilarə Əliyeva küçəsi ilə kəsişməyə qədər;

6. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

7. Mətbuat prospekti, “Mikayıl Müşfiq” dairəsi istiqamətində;

8. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində;

9. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

10. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində.