13 iyul 2026 10:58
133

Prezident: İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində həmrəylik sabitliyin, təhlükəsizliyin əsas amilidir

Biz dünyanın müxtəlif yerlərində müharibələrin şahidi oluruq. Bu, təkcə Körfəzdə və Yaxın Şərqdə deyil, digər yerlərdə də baş verir. Bu da bizi məyus edir.

“İki sahil” xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında səsləndirib.

“İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində olan həmrəylik sabitliyin, təhlükəsizliyin əsas amilidir. Yəni qarşılıqlı anlaşma nə qədər zəifləsə, vəziyyət o qədər də pisləşəcək”, - deyə dövlətimizin başçısı vurğulayıb.