14 iyul 2026 12:33
96

Tərtərdə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin ildönümünə həsr olunmuş su təminatı layihəsi reallaşdırılıb

Ümummilli Lider Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlişinin ildönümü münasibətilə Tərtər rayonunun Yuxarı Qapanlı kəndində Milli Məclisin deputatı Anar Məmmədovun təşəbbüsü ilə 250-yə yaxın sakinin su təminatını yaxşılaşdıran su çənləri (su kompleksi) əsaslı təmir-bərpa edilərək yenidən əhalinin istifadəsinə verilib.

“İki sahil” xəbər verir ki, tədbirdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Dövlət Su Ehtiyatları Agentliyinin Tərtər rayon şöbəsinin müdiri və kollektivi, şəhid ailələri, qazilər, kənd sakinləri iştirak ediblər.

Sözügedən infrastruktur layihəsi şəhid ailələri və qazilərin millət vəkilinə müraciəti əsasında həyata keçirilib. Sakinlərin müraciətinə operativ reaksiya verən millət vəkili, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Tərtər rayon şöbəsinin rəhbərliyi ilə görüşərək məsələni müzakirə edib. Birgə dəstək və sıx əməkdaşlıq çərçivəsində su çənləri yerinə quraşdırılıb və bərpa işləri uğurla tamamlanıb. Millət vəkili Anar Məmmədov kənd sakinlərinin uzunillik su probleminin qısa zamanda həllində göstərdikləri operativliyə və səmərəli əməkdaşlığa görə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəhbərliyinə və Tərtər rayon şöbəsinin bütün kollektivinə öz dərin təşəkkürünü bildirib.

Kənd sakinləri  göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnnətdarlıqlarını bildiriblər.