14 iyul 2026 16:19
110

Dilçilik İnstitutunun əməkdaşı: Qloballaşma dövründə çoxdillilik DYLIS laboratoriyasının əsas tədqiqat mövzularından biridir

DYLIS (Dynamiques du Langage In Situ) Fransanın Ruan Normandiya Universiteti nəzdində fəaliyyət göstərən mühüm dilçilik laboratoriyalarından biridir. Bu laboratoriya dünyada müasir dilçiliyin sosial, funksional və interaktiv istiqamətlərini birləşdirən və dili faktiki kontekstində öyrənən multidissiplinar bir elmi mərkəz kimi tanınır. Bu barədə “İki sahil”ə AMEA Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı fil.üz.f.d., dosent Türkan Əsgərova məlumat verib.

Onun sözlərinə görə,  DYLIS laboratoriyasının əsas elmi yanaşması “In situ” prinsipi üzərində qurulmuşdur: “Bu yanaşmaya görə dil, yalnız nəzəri qaydalar toplusu deyil, insanların gündəlik həyatında istifadə etdiyi dinamik, aktiv bir ünsiyyət vasitəsidir. Buna görə də laboratoriyada dilin istifadəsi real situasiyalarda müşahidə edilərək təhlil olunur.

Laboratoriyanın əsas tədqiqat sahələrinə sosial dilçilik, diskurs analizi, dilin tədrisi metodikası, dilin öyrənilməsi və mənimsənilməsi, çoxdillilik və ikidillilik, və xüsusən də işarə dili daxildir. Bu sahələr bir-biri ilə sıx əlaqədə olaraq dilin kompleks təbiətini izah etməyə xidmət edir.

Sosiolinqvistika (dilin cəmiyyətdə istifadəsi), DYLIS-in əsas istiqamətlərindən biridir. Bu sahədə dilin cəmiyyət daxilində necə dəyişdiyi və müxtəlif sosial qruplar tərəfindən necə istifadə edildiyi araşdırılır. Sosial dilçillər dialektlər, regional fərqlər və danışıq üslubları üzərində çalışaraq dilin sosial kimlik əlaqəsi araşdırır.

Qeyd edə bilərik bu laboratoriyada sosial dilçiliklə yanaşı diskurs analizi mühüm yer tutur. Bu sahə yazılı və şifahi mətnlərin strukturunu, məna əlaqələrini və kommunikativ funksiyalarını, xüsusilə gündəlik danışıq, media dili və institusional kommunikasiya formaları geniş şəkildə təhlil edilir və bu sahə üzrə gənc tədqiqatçılar yetişdirilir.

Qloballaşma dövründə çoxdillilik DYLIS laboratoriyasının əsas tədqiqat mövzularından biridir. Müxtəlif dillərin bir mühitdə bir arada mövcudluğu dil dəyişmələrinə və yeni kommunikativ formaların yaranmasına, kod dəyişimi (l’alternance codique)  və dil qarışması  (le métissage linguistique)  kimi hadisələr xüsusi diqqət mərkəzindədir.

Bununla yanaşı Dylis laboratoriyası fransız dilinin xarici dil kimi tədrisi (FLE -Français Langue Étrangère) sahəsində də mühüm tədqiqatlar aparılır. Bu istiqamətdə dil öyrənmə proseslərinin effektivliyi, metodologiyalar və tədris materiallarının optimallaşdırılması araşdırılır və müasir metodlardan geniş istifadə edilir. Sahə tədqiqatları, audio və video qeydlərin analizi, korpus dilçiliyi və statistik analizlər əsas metodoloji vasitəlindən biri hesab olunur.

Dylis (Dynamiques du Langage In Situ)  tədqiqat mərkəzinin direktoru professor Məhmət Əlı Akıncıdır. Professor Akıncı Fransada çalışan tanınmış dilçi alim və Ruan Normandiya Universitetinin əsas tədqiqatçılarındandır. Onun elmi fəaliyyətinin əsas istiqamətləri ikidillilik, çoxdillilik, miqrant ailələrində dilin ötürülməsi, uşaqlarda dil inkişafı, ana dilinin qorunması və dil kimliyidi. Laboratoriya Şurasının (CoLab) 28 daimi üzvü, 23 müəllim-tədqiqatçı , 2 seçilmiş doktorantı 1 BIATS (50%) və 2 ATER (yəni Fansada universitet və ya tədqiqat laboratoriyalarında işləyən qeyri-müəllim heyəti  və universitetdə müvəqqəti müəllim-tədqiqatçı vəzifəsində çalışan işçilərdir.

Laboratoriyanın məqsədi dilin cəmiyyətdəki rolunu araşdırmaq və elmi biliklərin inkişafına töhfə vermək, dili yalnız qrammatik sistem üzərində deyil, eyni zamanda praktikaların bir hissəsi kimi tədqiq etməkdir.

Hal -hazırda mərkəz bu ölkələrlə Avropada (Almaniya, İngiltərə, Avstriya, Belçika, Gürcüstan, İtaliya, Norveç, Niderland, İsveç, İsveçrə, Türkiyə) , Şimali Amerika: (ABŞ Florida, Kanada (Kvebek, Laval, Trois-Rivières, Toronto, Carleton, Laurentian), Cənubi Amerika: (Argentina, Braziliya, Kolumbiya), Asiya: Yaponiya, Hindistan, Afrika: Benin, Fil Dişi Sahili, Cibuti, Efiopiya, Qvineya, Seneqal, Məğrib: Əlcəzair, Mərakeş, Tunis. beynəlxalq tərəfdaşlıqlar edir ».

Qeyd edək ki, AMEA Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı fil.üz.f.d., dosent Türkan Əsgərova Normandiya Universitetinin Humanitar Elmlər fakültəsinin Dilçilik kafedrasının  tabeliyindəki “Konteksdə dilin dinamikası” (DyLis UR 7474) Elmi Tədqiqat Mərkəzində tədqiqat aparmaq üçün elmi ezamiyyətdədir.