Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 24 əməkdaşı 6-cı “Yüksəliş” müsabiqəsinin onlayn və əyani mərhələlərindən (ümumi biliklər, analitik təhlil, idarəetmə bacarıqları imtahanlarından) uğurla keçərək, yarımfinal mərhələsində iştirak hüququ qazanıb. Bu da indiyədək olan dövrdə Nazirlik üzrə ən yüksək göstəricidir.
“İki sahil” xəbər verir ki, onlardan 9 əməkdaş (Nazirliyin tabeliyindəki DOST Agentliyindən Nigar Aşurlu, Dövlət Sosial Müdafiə Fondundan Məhəmməd Hacıyev, Orxan Nəcəfov, Elburus Edilov, DMA-dan Mirsahib Eminov, Mədinə Abdullayeva, Cavid Abdullayev, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyadan Kamran İsmayılov və DOST Rəqəmsal İnnovasiyalar Mərkəzindən Nurməhəmməd Nəbiyev) isə müsabiqənin final mərhələsinə vəsiqə əldə edib. 17–19 iyul tarixlərində keçiriləcək final mərhələsinin iştirakçılarına uğurlar arzulayırıq!
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqənin qalibləri birillik fərdi inkişaf proqramında iştirak etmək, mentor dəstəyi almaq və özünüinkişaf məqsədilə 20 min manat məbləğində mükafat qazanmaq imkanı əldə edirlər. Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı dövlətimizin başçısı tərəfindən 2025-ci il 10 dekabr tarixində müvafiq Sərəncam imzalanıb.