14 iyul 2026 20:17
106

Milli Preventiv Qrupun üzvləri tərəfindən Dövlət Vergi Xidmətinin Müvəqqəti Saxlama Yerinə növbəti planlı başçəkmə həyata keçirilib


 Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Milli Preventiv Qrupun (MPQ) üzvləri tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi cinayətlərinin ibtidai araşdırılması baş idarəsinin Müvəqqəti Saxlama Yerinə növbəti planlı başçəkmə həyata keçirilib.
“İki sahil” xəbər verir ki, başçəkmənin məqsədi saxlanma şəraitinin, saxlanılan şəxslərlə rəftarın, habelə onların hüquqlarının təmin olunması vəziyyətinin monitorinqi olub.
Azərbaycan Respublikasının qanunvericiliyinin və BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyası”nın Fakültativ Protokolunun tələblərinə uyğun olaraq keçirilmiş başçəkmə zamanı kameralara, tibb otağına, yeməkxanaya, ibadət otağına, gəzinti sahəsinə və görüş otağına baxış keçirilib, saxlanma şəraiti və sənədləşmə işi yoxlanılıb.
Başçəkmənin yekununda müəssisə rəhbərliyi və əməkdaşları ilə hüquqi maarifləndirmə işi aparılıb, saxlanma şəraitinin və sənədləşmə işinin daha da təkmilləşdirilməsi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun tövsiyələr verilib.