İşəgötürənlərin dövlət satınalmalarında iştirakı üçün tələb olunan “İnzibati cərimələr haqqında arayış”ın verilməsi “DOST” mərkəzləri tərəfindən həyata keçirilməyə başlanıb.
“İki sahil” xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən təqdim edilən bu sənəd, son bir il ərzində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin cəlb edilməsinə görə tətbiq olunmuş inzibati cərimə hallarını əhatə edir. İşəgötürənlər arayışı həm müraciət günü birbaşa DOST mərkəzlərindən, həm də ƏMAS platformasının “İşəgötürənlər üzrə arayışlar” bölməsi vasitəsilə tam onlayn formada əldə edə bilərlər.
Bu yenilik tender sənədlərinin hazırlanmasını sürətləndirməyə, vaxt itkisinin qarşısını almağa və prosedurları sadələşdirməyə xidmət edir.
Azərbaycan və İƏT arasında korrupsiyaya qarşı mübarizə üzrə əməkdaşlıq müzakirə olunub
Ağdaşda partiya fəalları ilə VIII Qurultayın strateji hədəfləri müzakirə edilib
Dövlət icra məmuru vəzifəsinə qəbul üzrə müsabiqədə iştirak edən namizədlərin nəzərinə