Moskvada, Rusiya Xarici İşlər Nazirliyinin Qəbullar Evində Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramovla Sergey Lavrov arasında danışıqlar keçirilir.
“İki sahil” xəbər verir ki, görüş nazir Ceyhun Bayramovun Rusiyaya rəsmi səfəri çərçivəsində baş tutur.
Görüşdə Rusiya-Azərbaycan münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri, ikitərəfli əməkdaşlıq məsələləri müzakirə ediləcək, həmçinin regional və beynəlxalq gündəliyin aktual məsələləri ilə bağlı fikir mübadiləsi aparılacaq.
Danışıqların yekununda nazirlərin birgə mətbuat konfransının keçirilməsi nəzərdə tutulub.
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev Omanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev Kambocanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib