Azərbaycan Ordusunda “Ən yaxşı İnformasiya Texnologiyaları (IT) mütəxəssisi” adı uğrunda yarış keçirilib.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin təsdiq etdiyi tədbirlər planına əsasən, iki mərhələ üzrə keçirilən yarışın əvvəlində hərbi qulluqçulara şərtlər izah olunub və kibertəhlükəsizlik qaydaları çatdırılıb.
Çıxış edənlər iştirakçılara uğurlar arzulayaraq bildiriblər ki, Azərbaycan Ordusunun "Rəqəmsal Ordu" formatında inkişafı bölmələrin müasir texnologiyalarla daha çevik və effektiv idarə edilməsinə geniş imkanlar yaradır.
IT sahəsində ixtisaslaşmış hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması məqsədilə keçirilən yarışda zabitlərin nəzəri bilikləri test üsulu, praktiki bacarıqları isə virtual platformalar üzərində yoxlanılıb.
Sonda qaliblərə mükafatlar təqdim olunub.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub