Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyəti və struktur bölmələrinin rəhbərləri ANAMA-nın təsis edilməsinin 28-ci ildönümü ilə əlaqədar Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.
Agentlikdən “İki sahil”ə verilən məlumata görə, Ümummilli Liderin xatirəsi ehtiramla yad edilib, məzarı önünə tər gül dəstələri qoyulub.
Ziyarətçilər daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Qeyd edək ki, ANAMA müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli siyasi və dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 18 iyul tarixli Sərəncamı ilə təsis edilib.
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub
Ombudsmanın nümayəndəsi Pəncab Ombudsmanı Ofisinin 30 illiyinə həsr olunmuş beynəlxalq konfransda iştirak edib
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti “açıq qapı günü” tədbirləri keçirib