18 iyul 2026 15:40
85

İranda 10 minə yaxın insan susuz qalıb

ABŞ ordusunun İranın cənubunda yerləşən su təchizatı obyektlərinə endirdiyi zərbələr nəticəsində ümumilikdə 10 minə yaxın insanın yaşadığı 20 yaşayış məntəqəsinin sakinləri susuz qalıb.

“İki sahil” xəbər verir ki, bu barədə İranın Qırmızı Aypara cəmiyyəti məlumat yayıb.

Təşkilatın nümayəndələrinin bildirdiyinə görə, ABŞ hərbçiləri Hörmüzqan ostanının Bondji rayonunda yerləşən duzsuzlaşdırma sistemi və enerji infrastrukturuna aid obyektlərə zərbələr endiriblər.

“Əhalisi 10 min nəfər olan 20 yaşayış məntəqəsi susuz qalıb”, – deyə tibb işçilərinin açıqlamasında bildirilib.

Qeyd edək ki, ABŞ iyulun 17-də İran obyektlərinə qarşı yeni silsiləvi zərbələr endirib və bildirib ki, bu hücumların məqsədi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi imkanlarını zəiflətməkdir.

Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb.