İtaliyanın Salerno şəhərində keçirilən Avropa Universitet Oyunlarında Azərbaycanı futzal yarışlarında təmsil edən Azərbaycan İdman Akademiyasının (ASA) komandası turnirə uğurlu başlayıb.
“İki sahil” xəbər verir ki, iyulun 15-də start götürən və 25 iyuladək davam edəcək Oyunlarda mübarizə aparan komandamız ilk görüşündə Almaniya təmsilçisini 6:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.
Qeyd edək ki, Azərbaycan İdman Akademiyasının komandasının Avropa Universitet Oyunlarında iştirakı Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA), Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin (ETİHİ), Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) və Azərbaycan İdman Akademiyasının dəstəyi ilə keçirilir.
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub
Ombudsmanın nümayəndəsi Pəncab Ombudsmanı Ofisinin 30 illiyinə həsr olunmuş beynəlxalq konfransda iştirak edib
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti “açıq qapı günü” tədbirləri keçirib