19 iyul 2026 11:15
168

Rubio Kubaya çağırış etdi

ABŞ Dövlət katibi Marko Rubio Kubanı 700-dən çox siyasi məhbusu dərhal azad etməyə çağırıb.

“İki sahil” xəbər verir ki, bu barədə “Əl Ərəbiyə” məlumat yayıb.

Məlumata görə, Rubio Kubanın tanınmış dissident sənətçisi Luis Manuel Otero beş illik həbsdən sonra Mayamiyə gəldiyini təsdiqləyib:

“Rejim tərəfindən ədalətsiz şəkildə saxlanılan 700-dən çox siyasi məhbusun dərhal azadlığa buraxılmasına çağırırıq”.