19 iyul 2026 13:31
176

İsmayıllıda yol qəzası olub

İsmayıllı rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, "Opel" markalı avtomobillə motosikletin toqquşub. Hadisə nəticəsində minik avtomobilində olan 2 nəfər, eləcə də motosikletin sürücüsü ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.