19 iyul 2026 15:22
152

Sabunçuda açıq ərazidə yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonu, R.Rüstəmov küçəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

İki sahil” nazirliyə istinadla xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.