Yaralılar xəstəxananın müvafiq şöbələrinə yerləşdirilib, vəziyyətləri orta-ağırdır.
Bu sözləri Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinin növbətçi həkimi Əfruz Hüseynova jurnalistlərə müsahibəsində bildirib.
Həkim deyib: “Günorta saatlarında 5 nəfər yol-nəqliyyat hadisəsi səbəbindən yardım briqadamız tərəfindən xəstəxanaya çatdırılıb. Yaralılar ilkin tibbi müayinələrdən keçirilib, hazırda müalicələri aparılır".
Qeyd edək ki, yol-nəqliyyat hadisəsi Naxçıvan-Sədərək magistralının 22-ci kilometrliyində, Kəngərli rayonunun Yeni Kərki kəndi ərazisindən keçən hissəsində baş verib, 1 nəfər həyatını itirib, 5 nəfər isə xəsarət alıb.
AZƏRTAC