Bu gün Birgə Bəyannaməni imzalamaqla münasibətlərimizin daha da inkişaf etdirilməsi üçün mühüm təməl qoyuruq. Eyni zamanda, Azərbaycan-Almaniya Biznes Şurasının təsis edilməsi barədə razılığa gəldik.
“İki sahil” xəbər verir ki, bu sözləri Almaniyanın Federal Kansleri Fridrix Merts Prezident İlham Əliyevlə mətbuat konfransında söyləyib.
Kansler bildirib ki, bu, hər iki ölkə üçün mühüm siqnaldır və Almaniya Azərbaycanla münasibətlərin genişləndirilməsinə ciddi yanaşır.
“Orta Şərqdə davam edən böhran fonunda neft, eləcə də Cənub Qaz Dəhlizi vasitəsilə qaz təchizatı sahəsində əməkdaşlığımız xüsusi əhəmiyyət kəsb edir”, - deyə Fridrix Merts vurğulayıb.
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO
Vüqar Rəhimzadə: Prezident İlham Əliyevin Almaniyaya səfəri ikitərəfli əlaqələrdə yeni perspektivlər açacaq
Milli Məclisin sədri Sahibə Qafarova Çin Kommunist Partiyasının nümayəndə heyəti ilə görüşüb