21 iyul 2026 21:08
146

Sabah Qaradağ rayonunun bir sıra ərazilərində qaz kəsiləcək

Sabah Bakının Qaradağ rayonunun bir sıra ərazilərində qaz kəsiləcək.

“İki sahil” xəbər verir ki,  bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

"Qaz İxrac" İdarəsi tərəfindən aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 08:00-dan işlər başa çatanadək Qaradağ rayonunun Səngəçal, Umbakı və Əzimkənd qəsəbələrinin, Yol evləri və Bağ evləri yaşayış massivlərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.