23 iyul 2026 18:28
79

Bakının iki rayonunda qaz təchizatında qısamüddətli fasilə olacaq

İyulun 24-də Bakının Xəzər və Sabunçu rayonlarına aid bir sıra ərazilərdə qaz verilməsində müvəqqəti fasilə gözlənilir.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Qeyd olunub ki, fasilənin səbəbi həmin ərazilərdə təmir-quraşdırma işlərinin həyata keçirilməsidir.

Məlumata görə, saat 10:00-dan etibarən işlər yekunlaşanadək Xəzər rayonunun Buzovna qəsəbəsi, Albalılıq və Atçılıq yaşayış massivləri, eləcə də Sabunçu rayonunun Zabrat qəsəbəsi, Oktyabr, R. Axundov və L. Məmmədbəyova küçələrində qaz təchizatında qısamüddətli fasilə olacaq.