Cəbrayıl rayonunun baş verən partlayış nəticəsində xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.
“İki sahil” xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, 1979-cu il təvəllüdlü şəxs (kişi) bu gün saat 21:30 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Ona sağ said sümüyünün orta 1/3 hissəsinin yerdəyişən sınığı, inci və qamış sümüklərinin yerdəyişən qəlpəli açıq sınığı diaqnozu təyin edilib.
Qeyd olunub ki, hazırda pasiyentin müalicəsi müvafiq şöbədə davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir.