Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı – Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Seyid Asim Munirə başsağlığı ünvanlayıb.
Müdafiə Nazirliyindən “İki sahil”ə verilən məlumata görə, başsağlığında deyilir:
“Pakistanın şimal-qərbində yerləşən Hayber-Paxtunxva əyalətinin Tank rayonunda təhlükəsizlik qüvvələrinin postuna partlayıcı ilə yüklənmiş avtomobillə edilən hücum nəticəsində 12-si hərbçi olmaqla ümumilikdə 14 nəfərin həlak olması və 24 nəfərin yaralanması barədə xəbər məni dərindən kədərləndirdi. Baş vermiş partlayış hadisəsi nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Yaralananlara isə tezliklə sağalmaları üçün Allahdan şəfa diləyirəm. Allah rəhmət eləsin”.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub