27 iyul 2026 10:33
146

Konor Makqreqor zədə səbəbindən bir il müddətinə yarışlardan kənar qalıb

İki çəki dərəcəsində keçmiş UFC çempionu Konor Makqreqor son döyüşündə aldığı diz zədəsi səbəbindən daha bir il çıxış edə bilməyəcək.

“İki sahil” xəbər verir ki,  bu barədə UFC rəhbəri Dana Uayt məlumat verib.

"Biz ötən gün ringdən birbaşa onunla FaceTime vasitəsilə zəngləşdik. Konor bir illik sıradan çıxıb", - deyə Uayt "Zuffa" çətiri altında keçirilən boks turnirindən sonrakı mətbuat konfransında bildirib.

Bundan əvvəl jurnalistlər idmançının zədə almasına baxmayaraq məşq etdiyini əks etdirən videonu şərh etməyi ondan xahiş etmişdilər.

Mayın ortalarında Konor Makqreqor beş ildən sonra ilk dəfə olaraq "UFC 329" turniri çərçivəsində çempionatda müntəzəm çıxış edən amerikalı Maks Hollueyə qarşı döyüşə çıxmışdı. Qarşıdurma təxminən bir dəqiqə sonra sonuncunun xeyrinə texniki nokautla başa çatmışdı: İrlandiyalı idmançı təpik zərbəsindən sonra uğursuz eniş edərək zədələnmişdi.