27 iyul 2026 12:29
93

"Azneft" İB-də istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

Azərbaycanda hava şəraitinin qeyri-sabit, küləkli keçməsi ilə bağlı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin (İB) istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib.

“İki sahil” xəbər verir ki, bu barədə SOCAR-dan məlumat verilib.

Bildirilib ki, təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər həyata keçirilib. Bütün sahələrdə davamlı olaraq məlumatlandırma aparılır, mövcud vəziyyət nəzarətdə saxlanılır.