28 iyul 2026 10:31
78

Qoşqar Təhməzli qida sahəsində fəaliyyət göstərən sahibkarlarla görüşəcək

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli avqustun 6-sı saat 14:00-da Agentliyin inzibati binasında qida sahəsində fəaliyyət göstərən sahibkarlarla görüşəcək.

“İki sahil” xəbər verir ki, bu barədə AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib. Bildirilib ki, qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər.

Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 77) 100 32 56 nömrəsinə zəng vurmaqla, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla avqustun 5-i saat 16:00-dək qəbula yazıla bilərlər.