28 iyul 2026 12:34
86

Məhkumun gizlətdiyi tapança aşkarlanıb

Bakının Xətai rayonunda məhkumun gizlətdiyi tapança aşkarlanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Ədliyyə və Daxili İşlər nazirliklərinin keçirdiyi birgə əməliyyat-axtarış tədbiri nəticəsində Penitensiar xidmətin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tərəfindən həbs edilməmişdən əvvəl Şahin Səmədov küçəsi 25 ünvanında, dəmir yol xəttinin yaxınlığında gizlədilən "Makarov PM" markalı tapança, ona məxsus 1 ədəd daraq və 6 ədəd ədəd güllə aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.