28 iyul 2026 13:44
117

Rəşad Məmmədov etimadnaməsini Şavkat Mirziyoyevə təqdim edib

Azərbaycanın Özbəkistandakı yeni səfiri Rəşad Məmmədov etimadnaməsini Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə təqdim edib.

“İki sahil” xəbər verir ki,  bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb. Mirziyoyev vurğulayıb ki, Azərbaycan və Özbəkistan liderlərinin qəti siyasi iradəsi sayəsində iki ölkənin münasibətləri strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlib.

"Qarşılıqlı ticarətin həcmi 40 % artıb, birgə müəssisələrin sayı demək olar ki, 450-yə çatıb, yükdaşımaların həcmi isə iki dəfə artıb. Yaxın gələcəkdə Özbəkistan və Azərbaycan arasında birgə investisiya portfelinin həcminin 10 milyard dollara çatdırılması ilə bağlı qarşıya iddialı məqsəd qoyulub", - Prezident qeyd edib.

Həmçinin qarşıdan gələn yüksək səviyyəli görüşlərin ikitərəfli əməkdaşlığa yeni təkan verəcəyi qeyd edilib.