29 iyul 2026 15:26
107

Həmin kafenin fəaliyyəti dayandırılıb

Zaqatalada 14 nəfərin dönərdən zəhərləndiyi ehtimal olunan kafenin fəaliyyəti dayandırılıb.

“İki sahil” xəbər verir ki,  Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) "Report"a bildirilib ki, bu gün Zaqatalada yerləşən "Real" kafesində dönər məhsulundan zəhərlənmə şübhəsi ilə bağlı məlumat daxil olub.

Qeyd olunub ki, toyuq dönəri məhsulundan, eləcə də istehlaka təqdim olunan digər qidalardan nümunələr götürülərək analizə cəlb olunub.

Bununla yanaşı, kafedə plandankənar yoxlama aparılıb, obyektin fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılıb.

Araşdırmaların və laborator müayinələrin yekun nəticələrinə uyğun olaraq qanunvericiliyin tələblərinə müvafiq tədbirlər görüləcək.

TƏBİB-dən isə sorğuya cavab olaraq bildirilib ki, iyulun 28-i saat 09:30 radələrindən başlayaraq 14 nəfər (9 kişi, 3 qadın, 2-si azyaşlı olmaqla) zəhərlənmə şübhəsi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onlara zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirildilən şəxslərin hər biri ambulator müalicə üçün evə buraxılıblar.