Yeni Azərbaycan Partiyası (YAP) Ağdaş rayon təşkilatında partiyanın fəal üzvlərindən olan Ceyhun Elton oğlu Heydərovun yubileyi münasibətilə görüş keçirilib.
“İki sahil” xəbər verir ki, YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov yubilyarı təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür arzulayıb.
Partiya fəalı Ceyhun Heydərova partiya dəyərlərinin təbliği və ictimai proseslərdə aktiv iştirakına görə, həmçinin yubileyi münasibətilə Fəxri fərman və xatirə hədiyyəsi təqdim edilib.
Yubilyar göstərilən diqqət və qayğıya görə Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə təşəkkürünü bildirib, Yeni Azərbaycan Partiyası sıralarında olmaqdan qürur duyduğunu qeyd edib.