İyulun 29-da cüdo üzrə U-17 yeniyetmələr arasında Liqa yarışının III turu start götürüb.
Azərbaycan Cüdo Federasiyasından “İki sahil”ə verilən məlumata görə, Abşeron Olimpiya İdman Kompleksində keçirilən turnirin ilk günündə 6 çəki dərəcəsində 204 cüdoçu mübarizəyə qoşulub.
Qızlar -40 kq, -52 kq, -70 kq; oğlanlar isə -50 kq, -66 kq, -90 kq çəki dərəcələrində qalib və mükafatçıları müəyyənləşdirib.
Bu, cari ildə U-17 Liqa yarışının son turudur və idmançıların reytinq cədvəlinin formalaşmasına önəmli rol oynayır.
Medalçıları təqdim edirik:
Qızlar
-40 kq
1. Fəridə Rəhimli (Naftalan UGİM)
2. Sofiya Bıkova (Maştağa İK)
3. Rəvanə Əliquliyeva (Qəbələ Bakı)
3. Ləman Bağırova (Naxçıvan UGİM)
-52 kq
1. Nərmin Ağamirzəzadə (RKİM)
2. Yağmur Abdullayeva (Arifoğlu İK)
3. Səkinə Zeynalova (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ)
3. Nazlı Səfərli (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
-70 kq
1. Zümrüd Əliyeva (RKİM)
2. Türkan Məmmədli (Qədiroğlu İK)
3. Lalə Səbziyeva (Sumqayıt şəhəri İOEUGİM)
3. Məleykə Əsədova (Şahin 313 İK)
Oğlanlar
-50 kq
1. Məhəmməd Səfərov (Bakı şəhəri 10 nömrəli UGİM PHŞ)
2. Əkbər Qədirli (Sumqayıt şəhəri İOEUGİM)
3. İsmayıl Məmmədov (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
3. Emin Nəzərəliyev (Sumqayıt şəhəri İOEUGİM)
-66 kq
1. Rövşən Qurbanəliyev (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
2. Dünyamalı Asdanlı (Judo Club 2020 İK)
3. Yusif Hüseynov (RKİM)
3. Həsən İbadov (Neftçi İK)
-90 kq
1. Saleh Rzayev (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
2. Musa Kəramətzadə (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
3. Munir Əlizadə (Atilla İK)
3. Rəşad Musayev (Sərhədçi İM)
Azərbaycan və Qırğızıstan minifutbolun inkişafı üzrə əməkdaşlığı müzakirə edib