Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin 2 şagirdi “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın iştirakçısı adını qazanaraq, nüfuzlu universitetlərdə bakalavr dərəcəsi üzrə təhsili alacaq.
“İki sahil” xəbər verir ki, 2026/2027-ci tədris ili üçün xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində bakalavriat səviyyəsində təhsil almaq hüququ qazanan 125 nəfərdən 2-si BDU nəzdində “Gənc istedadlar” liseyinin məzunudur.
Onlardan Cabir Abbasov dünyanın nüfuzlu reytinq təşkilatı olan QS-in 2027-ci il nəticələri üzrə 2-ci pillədə qərarlaşan “Imperial College London” universitetində (Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı) “Kimya mühəndisliyi”, Suad Məmmədzadə isə TOP-100-lükdəki “Columbia University”də (ABŞ) “Maliyyə iqtisadiyyatı” ixtisası üzrə bakalavr təhsili alacaq.
BDU ailəsi adından Liseyimizin məzunlarını təbrik edir, onlara gələcək təhsil və peşə fəaliyyətlərində uğurlar arzulayırıq!
Azərbaycan Ombudsmanının nümayəndə heyəti Türkiyədə insan hüquqları üzrə təcrübə mübadiləsində iştirak edib
BDU-nun 45 məzunu Dövlət Proqramı çərçivəsində xaricdə magistratura və doktorantura səviyyələri üzrə təhsillərini davam etdirəcək