31 iyul 2026 08:32
93

HƏMAS-ın tərk-silahından sonra İsrail qüvvələri Qəzzadan çıxacaq

ABŞ Prezidenti Donald Tramp HƏMAS-ın tam tərk-silah edilməsindən sonra İsrail qüvvələrinin Qəzza zolağından çıxarılacağını bildirib.

“İki sahil” xəbər verir ki, ABŞ Prezidenti bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

Trampın sözlərinə görə, bu proses onun irəli sürdüyü 20 maddəlik plan çərçivəsində mərhələli şəkildə həyata keçiriləcək. O qeyd edib ki, silahsızlaşdırma başa çatdıqdan sonra İsrail qüvvələri geri çəkiləcək, Beynəlxalq Sabitləşdirmə Qüvvələri isə Fələstin polisi ilə birlikdə Qəzza zolağında təhlükəsizliyin təmin olunmasına cavabdeh olacaq.

ABŞ Prezidenti əlavə edib ki, razılaşma Qəzzanın yeni Fələstin hökuməti tərəfindən idarə olunması istiqamətində mühüm addım olacaq və İsrailin təhlükəsizliyinin təmin edilməsinə xidmət edəcək.